Roma Papası Mübariz Mənsimovu tanısaydı…

Türkiyə və Azərbaycan Prezidentlərinə, Qafqaz Şeyxülislamına dəfələrlə müraciətlərə baxmayaraq tanınmış Azərbaycanlı iş adamı Mübariz Qurbanoğlu Mənsimov hələ də həbsdə saxlanılır. Vəkilləri hətta onun ev dustaqlığına izn verilməsinə nail ola bilmirlər. Görəsən niyə?

Sosial şəbəkələrdə Mübariz Mənsimovun R. T. Ərdoğanla, İ. Əliyevlə, D. Trampla, Hacı Allahşükür Paşazadə və dünyanın onlarca məşhur ictimai-siyasi xadimləri ilə müxtəlif illərdə çəkilmiş şəkilləri yayımlanır. Yüzlərcə xeyirxah əməlləri sadalanır və s. və i. Adamda belə təsəvvür yaranır ki, onun həbsdən azad olunması Şeyxülislam başda olmaqla heç bir ölkə rəhbərindən asılı deyil…
Maraqlıdır, görəsən bu qədər imkanlara malik olan iş adamı niyə Roma Papası ilə şəkil çəkdirməyib? Əgər çəkdiribsə, onda niyə sosial şəbəkələrdə həmin şəkllərdən biri paylaşılmır?! Bu da onu göstəriri ki, messenat, iş adamı, milyarder M.Mənsimovun adı möhtərəm papa həzrətlərinin siyahısında yoxdur!..
Azərbaycanda və Türkiyədə xeyriyyə məqsədi ilə xarclədiyi milyonlarla PULLARIN Mübariz Mənsimova zərrə qədər xeyri yoxdursa daha nə etməli? Yer üzündə görəsən KİM ona güzəş etmək İMKANINA malikdir? Bəlkə elə Roma PAPASI… Axı sələfi Papa III İnnokenti özündən sonra gələn Roma papalarına vəsiyyət etmişdi: “Biz (papalar) bütün xalqlara və dövlətlərə ağalıq etməliyik” Hə, bax, onda bu mənim subyektiv fikrim olsa da, dünyanın Taclı virusla mübarizə apardığı indiki çağlarda, Türkiyədə və Azərbaycanda yüzlərlə dustağın əhv olunub azadlığa buraxıldığı bir vaxtda Mübariz Mənsimovun MÜƏMMALI ŞƏKİLDƏ HƏBSdə saxlanmasının əsas səbəblərindən biri də budur!..
Digər səbəb isə, ola bilər ki, “PALMALİ”də çalışan 40 minə yaxın işçinin arasında damazlıq bir erməninin olmaması vətənpərvər, millətsevər iş adamını “sözü ” dünyada ötən peşəkar və hiyləgər düşmən başbilənlərinin qəzəbinə ürcah edə bilər…
Əgər belədirsə onda hər iki halda ümid ancaq müqəddəs Roma Papasınadır. ..
Şeyxülislama və Roma Papasına ehtiramla
AzərNUR
07.04.2020
Share: