Rolan Qarrosun rekordçusu Nadal builki turniri buraxacaq

İspaniyalı Rafael Nadal Roland Qarros (Fransa Açıq Çempionatı) Böyük Dəbilqə turnirində çıxış etməyəcək.

Bu barədə Peşəkar Tennis Assosiasiyası məlumat yayıb.

Turnirdən imtina edən Nadal bunu zədəsilə izah edib. O, bundan əvvəl də eyni səbəbdən bir sıra yarışları buraxıb.

Qeyd edək ki, Nadal ilk dəfə 2005-ci ildə Rolan Qarrosda çıxış edib. O, turnirin 14 qat və sonuncu qalibidir. Titullarının sayına görə, o, turnirin çempionudur. Ümumilikdə ispaniyalının 22 Böyük Dəbilqə qalibiyyəti var.

36 yaşlı idmançı bu ilin yanvarında Avstraliya Açıq çempionatı çərçivəsində ikinci raundda uduzduqdan sonra yaşıl meydanlarda görünməyib.

Mənbə: İnterfax

Share: