Rokun atasının gitarası hərraca çıxarıldı

Rok musiqisinin ilk nümayəndələrindən olan Çak Berrinin 1972-ci ildə Vembley Stadionunda verdiyi konsertdə istifadə etdiyi 1964-cü il model Gibson Firebird V gitarası üçün hərrac keçirilib.

Kulis.az xəbər verir ki, hərrac çərçivəsində sözügedən gitara 25 min 463 dollara satılıb.

Qeyd edək ki, Berrin İngiltərə konsertində gitarasının simi qopduqdan sonra səhnədə onu müşayiət edən Terri Gibsonun gitarasını götürərək ifasına davam edib.

Berrinin 2017-ci ildə işıq üzü görən albomunun üz qabığında da məşhur musiqiçinin gitarasını Gibsondan götürdüyü şəkli əks olunub.

Share: