Rey Stivenson vəfat etdi

Britaniyalı aktyor Rey Stivenson İtaliyada çəkiliş zamanı dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “La Repubblica” qəzeti yazıb.

Nəşrin məlumatına görə, şənbə günü, mayın 20-də sənətçi özünü pis hiss edib və Tirren dənizində yerləşən İskiya adasındakı xəstəxanaya gedib.

Orada filmin çəkilişlərində iştirak edib. Bir neçə gün klinikada qalan aktyorun vəziyyəti yaxşılaşmayıb.

Stivenson mayın 22-də 59 yaşında vəfat edib. Aktyorun ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb.

Aktyor tamaşaçılara “Roma” serialında legioner Titus Pullon və “Marvel”in lentə aldığı “Tor” filmindəki rolu ilə tanınıb. Bundan əlavə, o, “Vikinqlər”, “Dekster” seriallarında, “Divergent”, “Elinin kitabı”, “İrlandiyalı”, “Muşketyor” filmlərində rol alıb.


Share: