Restoranda qabyuyan qadına təcavüz etdilər – Bakıda şok olay

Bakıda xadiməyə təcavüz etməkdə təqsirli bilinən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Şamil Nağıyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Şamil Nağıyev “Xan” restoranında ofisiant kimi çalışıb. O, həmin restoranda qabyuyan Səidə Məmmədovanı (ad və soyad şərti verilib – red.) zorlamağa cəhd edib.

Zərərçəkmişim şikayəti əsasında Şamil Nağıyev həbs edilib.


Share: