Respublika Prokurorluğu əməkdaşı Eminin ölüm – VİDEO/FOTO

Son günlər müəmmalı ölümü ilə gündəmə gələn Resopublika Baş Prokurorluğunun əməkdaşının şok görüntüləri yayılıb.

Müstəqil.Az-ın apardığı jurnalist araşdırmasına və mərhumun atasının iddiasınə və təqdim etdiyi təkzibolunmaz faktlara, video görüntülərə, eyni zamanda əldə etdiyi sənədlərə  görə bu ölümə səbəb kənardan edilən müdaxilədir. Əldə olunan və mətbuata sızdırılan məlumatlar və faktlar prakuror əməkdaşının zəhərləndirilərək öldürülməsini gündəmdə saxlayır.

Bəhs edilən və yayınlanan vidogörüntüyə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mərhum əməkdaşı Emin Hüseynovun ölüm anı istirahət etdiyi otelin təhlükəsizlik kameralarına anbaan düşüb. 

Dəhşətli görüntülər E.Hüseynovun 19 ay əvvəl Türkiyənin Antalya şəhərində istirahət etdiyi otelin idman zalında qeydə alınıb. Görüntülərdən məlum olur ki, E.Hüseynov zalda məşq edərkən əyləşir və qəflətən yerə yıxılır.

Mərhumun atası Bəybala Hüseynov Müstəqil.Az-a verdiyi açıqlamada və Respublika Prezidenti İlham Əliyevə, Ölkənin 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya etdiyi yazılı müraciətlərdə  isə iddia edir ki, oğlu zəhərlənərək öldürülüb.

 

Ötgün

Share: