Rejissor və animator vəfat etdi

Rusiyalı rejissor, ssenarist və animator Valeri Fomin 85 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə “Soyuzmultfilm” kinostudiyasının baş redaktoru Sergey Kapkov məlumat verib.

Fomin 1939-cu il aprelin 14-də anadan olub. Kiyevnauçfilm studiyasında animator, Sverdlovsk Kukla Teatrında quruluşçu rejissor kimi işləyib.

1971-1975-ci illərdə və 1980-1989-cu illərdə Sverdlovsk Kinostudiyasının direktoru olub. Rejissor “Meymun və yaylar”, “Komar Komaroviçin nağılı”, “Pinqvin”, “Pike”, “Vera və Anfisa haqqında”, “Vera və Anfisa yanğını söndürdü” cizgi filmləri ilə tanınıb.

Share: