“Real” “Mançester Siti”ə qarşı — ÇL-də yarımfinal başlayır

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.

Turnirin əsas favoritlərindən hesab olunan İngiltərənin “Mançester Siti” komandası İspaniyada son çempion “Real”ın qonağı olacaq.

Digər yarımfinal görüşü sabah İtaliya təmsilçiləri “Milan” və “İnter” arasında baş tutacaq. Yarımfinalın cavab oyunları isə mayın 16-17-də keçiriləcək.

UEFA Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

9 may

23:00. Real (İspaniya) – Mançester Siti (İngiltərə)

Baş hakim: Artur Dias (Portuqaliya).

Madrid. “Santyaqo Bernabeu”.


Share: