“Real Madrid”in ən uğursuz transferləri açıqlandı – SİYAHI

Eden Hazard “Goal” nəşri tərəfindən “Real Madrid” tarixinin ən uğursuz transferi seçilib.

Klubda keçirdiyi 4 mövsümdə belçikalı 76 oyuna çıxıb və eyni sayda oyunu zədə səbəbindən qaçırıb. O, bu yay azad agent kimi komandadan ayrılacaq.

Madridlilərin uğursuz əməliyyatlarının tam siyahısı belədir:

1. Eden Hazard – 120 milyon avro, 2019;

2. Luka Yoviç – 66 milyon avro, 2019;

3. Conatan Vudqeyt – 18,3 milyon avro, 2004;

4. Kaka – 65 milyon avro, 2009;

5. Elver Baliç – 26 milyon avro, 1999;

6. Xames Rodriqes – 80 milyon avro, 2014;

7. Nikolas Anelka – 34,5 milyon avro, 1999;

8. Valter Samuel – 25 milyon avro, 2004;

9. Robert Prosineçki – 15 milyon avro, 1991;

10. Reynier – 30 milyon avro, 2020;

11. Pedro Leon – 10 milyon avro, 2010;

12. Xavyer Saviola – azad, 2007;

13. Antonio Kassano – 5 milyon avro, 2006;

14. Royston Drente – 14 milyon avro, 2007;

15. Julien Fober – icarə, 2009;

16. Danilo – 31,5 milyon avro, 2015.

Share: