RasPutin öngörüsü və Putin: onu mistik qüvvə yönəldir? – Foto

Heç kəs üçün sirr deyil ki, hələ qədim zamanlarda saraylarında kahinlər, münəccimlər saxlayan şahlar daim gələcəkdən xəbər tutmağa can atıblar. İnsanların gələcəkləri bilmək arzusu və bu istəyə uyğun hərəkət etmələri heç də ucuz əyləncə hesab olunmur. Belə ki, xüsusi hissiyata malik maqlar, ekstrasens və mediumlar öz qeyri-adi fenomanal bacarıqlarını “hərraca çıxararaq” yalnız imkanlı və səlahiyyətli şəxslərin yanlarında olmağı seçirdilər.

 

Müstəqil.Az xəbər verir ki, sadə kəndli ailəsində doğulan Qriqori Efimoviç Rasputinin həyatı bunun ən məşhur nümanələrindən sayılır.

 

O, 1869- cu il 30 dekabrda o zaman Rusiya imperiyası hesab edilən respublikanın Tobol quberniyası, Pokrovskoye kəndində göz açıb. Qəribədir ki, on dörd yaşında sağalmaz xəstəliyə tutulan və ölüm anında olan Rasputin bir anın içində həyata qayıdır və buna səbəb isə məhz Müqəddəs Yevangeliyani göstərir (Rasputinin nənəsi o ölüm ayağında olduqda, ona müqəddəs ifadələr pıçıldayıbmış). Bu hadisədən sonra Rasputinin “üçüncü gözü” açılır və o insanlar haqqında məlumatları qeybdən söyləməyə başlayır.

 

Yevangeliyeya olan sevgisi onu uzaq müqəddəs ölkələrə gətirir; Afon dağı və Müqəddəs Yerusəlimə qədər səyahət edir. Bu səfərlərdə o bir çox monax və şamanlarla, kahinlərlə tanış olaraq, onların bilgilərini mənimsəyir, öz fitri istedadını daha da zənginləşdirir.

 

1903- cü ildə qəfil Peterburqa təşrif buyuran Rasputinin önündə çar İkinci Nikolayın sarayının şəxsi qapıları açılır. Bir zamanlar çobanlıq edən Rasputin qısa vaxt ərzində çarın ən yaxın dostuna çevirilir. Onların tanışlığı isə çarın iflic olan ikinci oğluna müalicə mərhələsindən başlayır…

 

Bütün sadalananlar tarixi faktlar olmaqla yanaşı, bu gün Rusiya Prezidenti Vladimir Putinin ölkəni idarəetmə sisteminə birbaşa təsir edən amilidir. Xatırladaq ki, Rusiya ölkə başçısının dəfələrcə tanınmış ekstrasenslərin verilişlərinə qatılması və onlara birbaşa sual ünvanlanması mistik aləmə marağı ilə izah olunur.

 

Uzun müddət soyadlarında olan uyğunluğa görə Putinlə Rasputini qohum hesab edən media nümayəndələrinin sualını isə ölkə rəhbəri hələ də cavabsız qoyur. Lakin Rasputinin 21-ci əsrdə Qərbdən gələn terror dalğası, vəhabbi dini cərəyanının yaranması və hətta Suriya, İraq hadisələrini öncədən qeyd etməsi vahimə yaradır. Məhz bu əsaslanmaya əsasən, Amerika ilə bütün siyasi və beynəlxalq əlaqələrini pozan Putin Rasputinin öncəgörməsinə uyğun bu addımı atıb – Rasputin demişdi ki, müsəlman ölkələri birləşərək, ABŞ-a qarşı cihad edəcək.

 

Qeyd edək ki, Rasputinin rus çarına son müraciəti onun və ailəsinin ölümü ilə bağlı olmuşdur:

 

“Söylədiklərimə əməl etməsəniz və ya mənim təhlükəsizliyimi təmin etməsəniz, bilin ki, ölümümdən qısa müddət sonra siz və ailəniz faciəvi şəkildə dünyanızı dəyişəcəksiniz”.

 

Rasputinin müəmmalı şəkildə zəhərlənməsi (lakin sağ qalır), sonra isə ona dəfələrcə atəş açılması (və yaralardan ölməməsi) və son olaraq əlləri və qolları bağlı halda çaya atılması və yalnız orada səkkiz saat sonra donaraq ölməsi faktı bu insanın həqiqətən də insana xas olmayan energetik varlıq tərəfindən idarə olunmasına sübutdur. Rus monarxları isə bu gün də onun öz güc-qüvvəsini məhz iblisdən aldığını deyərək, ona lənət oxuyurlar.

 

Xatırladaq ki, Rasputinin ölümündən az sonra İkinci Nikolay və onun ailəsi faciəvi şəkildə yeni hakimiyyətə gələn şəxslərin əli ilə məhkəməsiz və qərarsız güllələnir.

 

Bu gün isə bir zamanlar çobanlıq edən, oxumağı və yazmağı bacarmayan, lakin buna baxmayaraq, öz fitri öncəgörücülüyü və kahinliyi ilə seçilən, Rusiya imperiyasının sonuncu çarı İkinci Nikolayın ən yaxın sirdaşı olan müəmmalı Rasputinin adı tarixdə yaşayır.

 

Və bununla yanaşı, öz ölkəsinin öndə gedən siyasətçiləri və başçılarına bir zaman söylədiyi və kitabələrdə qeyd edilən öncədən verdiyi məlumatlarla yenə də xidmət edir.

Share: