Ramin Hacılı azadlığa çıxıb.

İctimai-siyasi fəal Ramin Hacılı azadlığa çıxıb.

Müstəqil.az xəbər verir ki, bu barədə Ramin Hacılı sosial şəbəkədə məlumat paylaşıb. O,  “Azadlıqdayam! Hər şey yaxşı olacaq!” sözlərini yazıb.

Rəsmi məlumatlara görə, R.Hacılı 2018-ci il iyunun 4-də dövlət sərhədini qanunsuz keçmək istəyərək saxlanılıbı. Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra məhkəmə onun barəsində həbs-qətimkan seçmişdi. R.Hacılının cinayət işinə məhkəmədə baxılıb və o, bu gün azadlığa buraxılıb.

R.Hacılı saxlanılarkən 250 min manat həddində borcunun olduğunuı, xaricə getməklə bu borcları işləyib qaytarmağa çalışdığını  bildirmişdi.

 

Share: