Ramil Usubov cənub zonasında vətəndaşları qəbul edəcək

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, sentyabrın 29-da saat 10:00-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində keçiriləcək qəbula vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müstəqil.Az

 

Share: