Ramil Əhmədin təqdimatında Şandor Petofi yaradıcılığı

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı bu il də müxtəlif diqqətçəkici tədbirlərlə kitabsevərlərin görüşünə gələcək.

Kulis.az xəbər verir ki, festival çərçivəsində 11 iyun saat 13:00 tarixində macar milli şairi Şandor Petofinin həyatı və şeirləri şair Ramil Əhməd tərəfindən təqdim olunacaq.

Qeyd edək ki, Petofi Macarıstanda 1848–1849-cu illərdəki Macar inqilabının rəhbərlərindən biri olub. O, Macar inqilabından ilhamlanaraq “Milli mahnı” şeirini yazıb.

Xatırladaq ki, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı 5-11 iyun tarixlərində Elmlər parkında baş tutacaq.

Share: