Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? – QAYDALAR

Ramazan ayında bir sıra qadağalar mövcuddur. Lakin bu qadağalarla yanaşı insanların illərlə yanlış anlayıb davam etdikləri lazımsız, heç bir məntiqə və kəlama əsaslanmayan qaydalar da mövcuddur.
Müstəqil.Az bildirir ki, Moderator.az Ramazanda cinsi münasibətin günahı barədə araşdırma aparıb.

Ramazanda cinsi münasibət günahdırmı?

Bir çox insan ramazan ayı boyunca cinsi münasibətdə olmağı özünə qadağan edir. Günah və ya qadağa olduğuna şübhəylə yanaşan müsəlmanlar çox əhəmiyyətli olan bu ayda cinsi münasibətə girməyi doğru saymır. Ancaq vəziyyət bir az fərqlidir. Yayılan xurafatlar və yanlış inanclar görə insanlar ramazanda cinsi münasibətdən uzaq durur. Halbuki İslama görə ramazan ayında cinsi münasibətdə olmağın hər hansı bir eybi yoxdur.

Ramazanda cinsi münasibət necə olmalıdır?

İslam alimlərinin bildirdiklərinə görə cütlüklərə oruc tutmaq fərz deyilsə, gündəlik həyatlarını davam etdirmələrində bir maneə yoxdur. Lakin oruc tutmalı şəxslər üçün imsaq vaxtından iftar vaxtına qədər cinsi münasibətdə olmaq haramdır. Bununla yanaşı, oruclu olan cütlərin cinsi əlaqəyə girmələri həm orucu pozur, həm də günahdır.

Bəs oruclu cütlüklərin cinsi münasibəti necə olmalıdır?

Ramazan ayında oruclu cütlüklərin iftar vaxtından imsaq vaxtına qədər cinsi münasibətdə olmalarında bir maneə yoxdur. Ancaq sonra qüsl dəstəmazı almaq lazımdır.

Bəqərə surəsi 187-ci ayədə belə deyilir:

Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın hədləridir, bunları aşmayın! Allah hökmlərini bu cür bildirir ki, bəlkə, müttəqi olsunlar!

Cütlüklər oruclu olarkən şəhvətə qapılsalar, nə olar?

Hiss etmədən cinsi münasibətdə olmaq orucu pozar. Bu həm qəza həm də kəffarə tələb edir. Ancaq boşalmanın baş vermədiyi bəzi hallarda istisnalar da var. Məsələn, cinsi münasibət olmadan sevişmək orucu pozmur ancaq tövsiyə edilməz və cinsi arzuyla sevişmək orucun savabını azaldır. Sevgi göstəricisi kimi öpüşməkdə isə orucun keyfiyyətini salacaq bir hal yoxdur. Əgər öpüşmə zamanı cütlükləyir bir-birilərinin tüpürcəyini udursa, oruc pozular.

Bəs cinsi münasibət olmadan şəhvətə qapılıb sevişdik və boşalma baş verdi.

Belə halda oruc pozulur və adam günahkar olur. Ancaq bu vəziyyət kəffarə tələb etməz və yalnız qəza orucu tutulur.

Bəs masturbasiya?

Bu halda da insanın orucu pozulur və günahkar olur. Ancaq yenə də kəffarə tələb etməz və yalnız qəza orucu tutulur.

İmsaqdan sonra yuxuda orqazm olarsa…

İmsaq vaxtından sonra yuxu yolu ilə boşalma baş verərsə oruc pozulmaz. Ancaq mümkün olan ən qısa zamanda qüsl dəstəmazı almaq lazımdır.

 

Share: