Rafael Qrossi Ermənistana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi Ermənistana səfər edəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Qrossinin başçılıq etdiyi nümayəndə heyəti 4-5 oktyabr tarixlərində bu ölkədə səfərdə olacaq.

Səfərin gündəliyi açıqlanmayıb.


Share: