Rəssam Gülnarə Məmmədovanın “İki bədəndə bir can – Türkiyə, Azərbaycan!” sərgisi keçiriləcək.

Müstəqil.az xəbər verir ki, 16 sentyabr 2023-cü il saat 12:00-dan-16:00-dək Gəncliyə Yardım Fondunda, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı, Gəncliyə Yardım Fondunun tərəfdaşlığı ilə Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü Gülnarə Məmmədovanın “İki bədəndə bir can – Türkiyə, Azərbaycan!” sərgisi keçiriləcək.

Rəsm əsərlərinin satışından əldə edilən vəsaitin 30 faizi “YAŞAT” Fonduna ianə ediləcək!

Ünvan: Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 16.

Əlaqə telefonu: 051 622 51 13

Share: