Rəsmiyyə Sabir “X Uluslararası İstanbulensis Şeir Festivalı”nda iştirak edəcək

Rəsmiyyə Sabir “X Uluslararası İstanbulensis şeir Festivalı”nda Azərbaycanı təmsil edəcək. Bu haqda şairin özü məlumat verib.

Rəsmiyyə Sabirin verdiyi məlumata görə festival 25-29 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcəkdir. Beynəlxalq şeir festivalında Tunis, İran, Suriya, Bosna-Hersoqovina, Fələstin, Seneqal, İordaniya və başqa ölkələrdən şairlər iştirak edəcəklər. Festival çərçivəsində Türkiyənin və xarici ölkələrin şairləri öz şeirlərini oxuyacaqlar, onların məktəblərdə şagirdlərlə görüşləri keçiriləcəkdir. Festival günlərində, həmçinin gənc şairlər üçün şeir axşamı təşkil ediləcəkdir.

Müstəqil.Az

Share: