Rəsmi Ankara İsrail XİN başçısının qondarma erməni soyqırımı iddialarına cavab verib

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli İsrailin xarici işlər naziri İsrail Katzın qondarma erməni soyqırımı iddialarına cavab verib.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, o, bu barədə “X” sosial media hesabında paylaşım edib.

“İsrail hökuməti üzvlərinin törətdikləri cinayətlərdən diqqəti yayındırmaq səyləri nəticə verməyəcək”, – deyə Ö. Keçəli bildirib.

Qeyd edək ki, İ. Katz daha əvvəl Türkiyə Prezidentini “keçmişində erməni soyqırımı olan bir ölkənin prezidenti” adlandırıb.

Share: