Rəqibə Qəvvas “Taleyin o biri üzü”nü yazdı…

Rəqibə Qəvvas anadan sözlə doğulan yazıçılardandır. Sabirabad rayon məktəblərindən birində dil-ədəbiyyat müəllimi işləyir.

Ədəbi yaradıcılığa isə müəllimlikdən çox- çox əvvəllər başlayıb. Hələ tələbə ikən ilk qələm təcrübələri ilə görkəmli yazıçıların diqqətini özünə cəlb edib. Sözə əhya verənlərdən ilk xeyir-dualarını da o zaman alıb elə.
Heç özü də bilmir yaradıcılığında nəzm yoxsa nəsr öndə dayanır…
Bu əlimdə olan “Taleyin o biri üzü” kitabında Rəqibənin povest və hekayələri toplanmışdır. Vətən sevgisi, yurd yanğısı ilə yaradıb bu əsərləri.
Dəfələrlə erməni faşistlərinin əlilə doğma İrəvan, Qarabağ torpaqlarından qovulan soydaşlarımızın faciəsini həm ürəyindən, həm də qələmimdən keçirib.
Kitaba daxil edilən “Zərnigar ” povesti sovetlər sövründə Irəvan mahalında baş verən qanlı hadisələrin baş vermə səbəbləri önə çəkilir. Yazıçı əsərdə ermənilərlə illərlə qonşuluqda yaşasa da onun əsl xislətindən xəbərsiz olan azərbaycanlı ailəsinin, onun nişanlı qızı Zərnigarın faciəsini oxucuya ustalıqla çatdıra bilmişdir.
“Qara tabut”, “Sonuncu sakin ” hekayələri Qarabağda baş verən faciələrin acı səhnələrini göz önünə sərir.
“Çalınmamış vağzalı”, “Günahsız qatil “və digər hekayələri isə cəmiyyətin görünməyən tərəfləri, müxtəlif insan taleləri haqqında maraqlı təəssürat yaradır.
Dil rəvanlığı, ahəngdar yazı üslubu Rəqibənin əsərlərini oxunaqlı edir …
Ona yeni yaradıcılıq uğurları arzulayıram.
Şahnaz Şahin,
Şair-publisist
Share: