Rəcəb Tayyib Ərdoğan tətilə gedir

Müstəqil.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzetinin yazarı Əbdülqədir Səlvi “Ərdoğanın dəyişiklik strategiyası” yazısında qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində gərgin çalışan ölkə başçısı bir neçə günlük tətilə çıxıb dincəlməyə qərar verib.

Əbdülqədir Səlvi vurğulayıb ki, ölkə başçısı tətildə yeni dönəm üçün Ədalət və İnkişaf Partiyasının (AKP) yol xəritəsinin cızacaq.

Qeyd edək ki, bələdiyyə seçkilərində AKP səs çoxluğu qazanıb.

Share: