Quterreşdən Ukraynaya gözlənilməz səfər

BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Baş katibin mətbuat katibi Stefan Düjarrikin sözlərinə görə, dünya təşkilatının rəhbəri hazırda Polşadadır.

“Çərşənbə günü səhər Quterreş Kiyevdə Prezident Volodimir Zelenski ilə Qara Dəniz taxıl təşəbbüsünün bütün aspektlərdə davam etdirilməsi, eləcə də digər aktual məsələləri müzakirə etmək üçün görüşəcək”, – Düjarrik bildirib.

Qeyd edək ki, bu, Quterreşin son bir ildə Ukraynaya üçüncü səfəri olacaq.


Share: