“Qürur yerimiz”Sumqayıtda təqdim olundu

Bu gün, mayın 23-dıə  tanınmış şairə Esmira Günəşin “Qürur yerimiz” kitabının Sumqayıt şəhər 9 saylı  məktəbdə təqdimatı keçirildi.

Tədbiri ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edən şairə Esmira Günəş, bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsinin yad edilməsindən sonra Sumqayıt şəhidlərindən Vüsal Muradovun, Rüfət Mustafayevin, Sərxan Əliyevin, Emil İsgəndərovun, Səmid Əliyevin, Elçin Hüseynovun, Qubad Əliyevin, Elnur Allahverdizadənin, Elmar Nəsibovun, Ruslan Məmmədovun, Ülvü Məhərrəmovun, Tacəddin İsmayılzadənin, Kərim Əhmədəliyevin, İlkin Xosrovzadənin, Anar Qorçuyevin, Məhəmmədəli Həsənzadənin, Abdulla Əhmədovun, Coşqun Zeynallının, Elgün Abbaslının,Qəzənfər Mütəllimovun,Saleh Nuriyevin, Kamran Orucovun, Nadir Rzayevin, Əbdülməcid Axundovun, Fərhad Fərhadlının və Nurlan Abdalovun yer aldığı kitabdan şəhidlərə həsr olunan şeirlər şagirdlərin, qonaqların və Esmira Günəşin qiraətində səsləndirilərək kitabları şəhid ailələrinə təqdim edib.

Açıklama yok.

 

“Qürur yerimiz” kitabında yer alan bütün şeirlər Yaqut Almaz tərəfindən bəstələndiyindən tədbirdə qonaqlar müğənni Ruslan Əkbərovun ifasında şəhid Ruslan Məmmədovun xatirəsinə həsr olunmuş musiqini dinləyərək, klipini izləyiblər. Həmçinin şəhid Elmar Nəsibovun xatirəsinə həsr olunmuş musiqinin klipi də qonaqlara təqdim olunub. Hər kəs şəhid ailələrinin xatirələrini maraqla dinləyib və şəhidlərimizi bir qəhrəman olaraq daha yaxından tanıyıblar. Tədbirin sonunda xatirə şəkilləri çəkilib və Esmira Günəş imzalı kitablarından birini də tədbirin təşkilində əziyyəti olan 9 nömrəli məktəbin müdirəsi Tərlanə xanıma hədiyyə edib.

Müstəqil.Az

Açıklama yok.

Share: