Qurban Qurbanov millimizə baş məşqçi təyin edildi

Millimizin yeni baş məşqçisi müəyyənləşib.

Bu vəzifəyə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov təyin edilib. Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin  bugünkü iclasında verilib.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.

Share: