Qurban bayramında qiymətləri qaldıranlar və israfçılıq edənlər cərimələnəcək

Tacikistanda Dini İşlər, Ənənə və Mərasimlərin Tənzimlənməsi Komitəsi  Qurban  bayramında masaların israfçı şəkildə bəzənməsi və dükan-bazarlarda qiymətlərin süni şəkildə qaldırılması ilə bağlı böyük cərimələr tətbiq ediləcəyi haqda ictimaiyyəti xəbərdar edib.
Müstəqil.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, rəsmi qaydaları pozan fiziki şəxslər 5 min somoni, yəni təxm. 531 dollar cərimə ediləcək.
Komitə nümayəndələri bayram masalarını ekzotik meyvələr əvəzinə yerli meyvələr və evdə hazırlanan şirniyyatlarla bəzəyərək sadə bir süfrə  düzəltməyi tövsiyə edir.
Eyni zamanda, bayramqabağı günlərdə bazarlarda qiymət artımının qarşısını almaq üçün də reydlər keçiriləcək. Hər hansı məhsulun qiymətinin müəyyən edilmiş həddən yuxarı qaldırılması və ya əhalinin israfçı bayram masaları təşkil etməsinə rast gəlindiyi halda faktlar müəyyən edilərək şikayətlər məhkəməyə göndəriləcək. Bundan sonra məhkəmə və müvafiq qurumlar ayrı-ayrı pozuntulara görə hüquqi və ya fiziki şəxslərin ödəyəcəyi cərimələrin məbləğini  təyin edəcək.

Share: