“Qurani-Kərimin yandırılması hörmətsizlikdir” — İsveçin Baş naziri

İsveçin Baş naziri Ulf Kristersson Qurani-Kərimin yandırılmasını hörmətsizlik adlandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kristersson bununla bağlı tviter hesabında paylaşım edib.

“Bir çoxları üçün müqəddəs kitabların yandırılması dərin hörmətsizlikdir. Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanlara təəssüf hisslərimi bildirmək istəyirəm”, – deyə Baş nazir yazıb.

Qeyd edək ki, şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani-Kərim yandırılıb.


Share: