Qüdsdə toqquşma: 163 fələstinli yaralandı

Qüdsün Əqsa məscidində İsrail polisi ilə toqquşmada 163 fələstinli yaralanıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Belə ki, İsrail polisi məscidə gələnlərə rezin güllələrlə atış açıb, onlara qarşı işıqsaçan qumbaralardan istifadə edib.

Yaralılardan 83-ü xəstəxanaya çatdırılıb. Onlarla insan polis tərəfindən saxlanılıb.

Müstəqil.Az

Share: