Quba sakinində narkotik vasitə aşkarlanıb

Quba rayon sakinində narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Nazim Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus evə baxış keçirilən zaman ümumi çəkisi 766 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nazim Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.

Share: