Qriqori Leps tanışlıq saytında xanım axtarır

Rusiyanın Xalq artisti Qriqori Leps tanışlıq saytında qeydiyyatdan keçib, ailə həyatı qurmaq üçün xanım axtarır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı NTV telekanalında yayımlanan “Tı ne poveriş!” verilişində deyib.

60 yaşlı Leps ona 70 yaşlı xanımın uyğun gələcəyini bildirib: “Sutkalarla orada vaxt keçirirəm. Tanış oluram”.

O, yenidən övlad sahibi olmaq istəyini də gizlətməyib.

Qeyd edək ki, Leps iki dəfə evli olub. O, ötən il 20 illik əyat yoldaşı Anna Şaplıkova ilə gözlənilmədən boşanıb. Lepsin birinci nikahdan bir, ikinci nikahdan isə üç övladı var.


Share: