Qremmi mükafatçısı xərçəngdən vəfat etdi

Pianoçu Corc Uinston 73 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Deadline məlumat yayıb.

Musiqiçi on il xərçənglə mübarizə aparırdı. O, 2003 və 2012-ci illərdə sümük iliyi transplantasiyası əməliyyatı keçirib.

Uinston 2022-ci ildə16-cı studiya albomu Night-ı buraxıb, lakin sağlamlıq vəziyyətinə görə bu ilki tur tarixlərini təxirə salıb. Sənətçi qastrol səfərlərini 2024-cü ildə bərpa etməyi planlaşdırırdı.

Uinston 1996-cı ildə yeddinci albomu “Forest” üçün Yeni Dalğa Qremmi mükafatını qazanıb.

“Ballads and Blues” (1972) adlı ilk solo piano albomu ilə başlayan yaradıcılıq karyerası ərzində musiqiçi beş dəfə “Qremmi” mükafatına namizəd olub.

George Winston Dead: Grammy-Winning New Age Pianist Was 73 – Deadline

Share: