“Qladiator 2” filminin çəkilişləri təxirə salındı

Hollivudun sevilən ekran əsərlərindən olan “Qladiator” filminin ikinci bölümünün çəkilişləri baş rolun ifaçısı Pol Meskalın teatrdakı tamaşada rol üzərində işlərinə görə təxirə salınıb.

Kulis.az xəbər verir ki, ekran əsərinin prodüserləri aktyoru itirməmək üçün çəkilişləri iki həftəlik təxirə salmağı qərarlaşdırıblar.

Çəkilişləri başlanan “Qladiator 2” ekran əsəri Rassel Krounun baş rolda oynadığı və 11 “Oskar” nominasiyasına layiq görülərək, onlardan beşində qalib gəlmiş Ridli Skotun “Qladiator” tarixi dramının davamıdır. “Qladiator” öz dövründə dünya miqyasında 500 milyon dollardan çox qazanc əldə edərək kommersiya filminə çevrilib. Filmin ikinci bölümünün də rejissoru Ridli Skot olacaq və baş rolda Pol Meskal çəkiləcək.

Qeyd edək ki, rejissor Ridli Skot “Qladiator 2”nin hazırlanmasına çox vaxt sərf edib, səbəb isə mükəmməl bir davam filmi çəkmək idi. Nöqsanları aradan qaldırmaq üçün ssenari, həmçinin bütün layihə üzərində ciddi işlər görülüb.

Share: