Qızları özünü ərəbə, türkə satmağa məcbur qalan xalq…

Aida ADIGÖZƏL

İçi özüm qarışıq hamımız qınayırıq niyə ciddi mövzulu statuslara , postlara layk edib rəy yazmırlar , diqqət yetirmirlər ?!

Baxıram ki , insanları qınamaqda haqlı deyilik hardasa. Bir qərinəyə yaxın vaxtda torpağı bir addımlıqda düşmən əlində olsa da susan bir dövlətin xalqını (Aprel döyüşlərində gördük millətin necə sevinc və ümidlərinin oyanmasını ) hansı vədə inandırıb milli ruh yüksəliyini qaldırmaq olar ki?

Aprel döyüşündə əsgərini, zabitini döyüşə göndərib, qalanını da həbs edən dövlətin xalqı yaşamaq üçün nəyə ümidlənsin ki? İşsiz , maaşsız nə zülümlə , hansısa yolla ailə dolandıran , komfort yaşamağı xəyal edən, qızları özünü ərəbə, türkə satmağa məcbur qalan, gəlinləri ailə problemini bəhanə edib kiminsə subay oğluna, evli kişisinə qoşulub qaçan , lezbiyanı , geyləri gün – gündən çoxalıb küçələrdə gözümüzü mazol edən, feminist adlı toplumuyla xarici dövlətlərin dəyirmanına su tökən bol oyincaqlı xalq yaşam maraqlarını saxlamaq üçün nə etsin axı?

Bütün dövlət müəssisələrində rüşvətsiz heç bir işi düzəlməyən, rayonlarda adi məktəbdə xadimə işinə 2000 – 3000 pul alınan, xəstəxanasında 1500 olmasa işə götürülməyən gözünü pensiyaya, heyvana, əkin – biçinə, dirriyə dikən xalq özünü gülməkdən başqa həyata nəylə adaptasiya etsin axı?!

Bunudamı onlara çox görək, öldürəkmi ağlaşmaqla ? Onsuz da kifayət qədər ərəbin dini təbliğ olunur. İranpərəstlər, radikallar millətin övladlarının beynini tələf edib ,zəhərləyib özgə dövlətlərin döyüş bölgələrində həlak edirlər, canlı bombaya silaha çevirib özümüzə tuşlayırlar. Yarısı həbsxanalarda, yarısı narkotikdən, spiddən , intihardan ölən, gəncliyi məhv olan xalq nəylə həyata tutunsun axı?

Bu qədər faciəvi həyat tərzi, problemi olan insanları ədəbiyyata, vətənə aid heç nəyə maraq göstərmirsə qınamayın . Çünki doyub, çünki bezib, çünki inamın itirib…yenidən azadlıq əldə etmiş dövlətini atıb getməyən prezident gözləməkdən, illərlə əsl siyasi lider axtarmaqdan, saxta seçkilərdən, rüşvətxor və haqsızlıqla yoğrulan insanına ədalətsiz mövqe nümayiş etdirən hakimiyyətindən !
Buraxın gülməklə ovunsunlar ….

Share: