Qitədən qitəyə seks barədə MARAQLI FAKTLAR + FOTOLAR

Seks dünyanın ən qədim və ən universal fəaliyyət tərzidir. Amma bu, ölkədən ölkəyə fərqlənir. Bu mövzuya diqqət yetirən BBC-nin Crossing Continents (Qitədən Qitəyə) verilişi araşdırmasını təqdim edir:

1.Yerli havaylılar cinsi orqanlarına adlar qoşur

Hawaiian couple at sunsetFotonun müəllifiGETTY IMAGES
Image captionMən sənə adımı deyərəm. sən mənə adını desən

Ənənəvi olaraq havaylılar cinsi orqanlarına nəvazişli adlar qoyublar. Amma söhbət bununla bitmir. Zadəganlar və sadə insanların hər birinin cinsi orqanlar üçün mele ma’i adlanan cinsi nəğmələri də olub. Bu lirik qəzəllər açıq və bəzən detallı şəkildə şəxsin cinsi orqanını təsvir edərmiş.

Havayda cinsi davranışlar üzrə mütəxəssis Dr. Milton Diamond, Kraliça Lili’uokulani-nin “Şən” adlı nəğməsində onun orqanlarının “yuxarı-aşağı yelləndikcə çiçəklənən” kimi təsvir olunduğunu söyləyir.

2. Yaponlar sekslə daha az məşğul olur

Japanese couple, sitting on the grass at a park in Tokyo, JapanFotonun müəllifiGETTY IMAGES
Image captionYaxın, amma elə də yaxın yox

Yaponiya doğuş sayının aşağı düşdüyü başqa bir ölkədir. Bununla yanaşı, qoruyucu vasitələrdən və dərmanlardan istifadə, abort və cinsi yolla keçən xəstəliklərin sayı da azalır.

“Bunun bir izahı var, o da yaponların daha az cinsi əlaqədə olmasıdır,” Yaponiyanın ailə planlaması dərnəyinin rəhbəri Kunio Kitamura deyir.

Bu yaxınlarda təqdim olunan hesabatda sekssiz evliliklərin sayı rekord həddə olub. Belə ki, kişilərin üçdə biri seksdən yorulduğunu, qadınların üçdə biri isə seksi zəhmətli bir fəaliyyət kimi dəyərləndiklərini dilə gətiriblər.

18 və 34 yaşlılar arasında aparılan başqa bir sorğuda, ötən onillik ərzində bakir/ə qalanların sayının kəskin şəkildə artdığı ortaya çıxıb: az qala 45% iştirakçı heç vaxt cinsi əlaqədə olmadığını deyib.

3.Cənubi koreyalı qadınlar uşağa yox deyir

South Korean women at a rooftop party in Seoul, South KoreaFotonun müəllifiLEOPATRİZİ
Image captionCənubi Koreyada bir çox qadınlar üçün ana və ya evdar qadın olmaq prioritet sayılmır

Orta hesabla hər bir Cənubi koreyalı qadın dünyaya 1.05 uşaq gətirməlidir. Lakin əhali sayını sabit saxlamaq üçün qadın başına düşən doğuş dərəcəsi 2.1-dir. Bu isə hazırkı göstəricinin ikiqatıdır.

Uşaq problemini həll etmək üçün aparılan kampaniyaya hökumət ötən onillik ərzində on milyardlar dollarlar dəyərində yatırım edib, fəqət yenə də doğuş səviyyəsi aşağı enir.

Ola bilsin buna səbəb artan ev qiymətləri və ya uşaqlara qayğının bahalı olmasıdır, amma çox güman ki, problem ölkənin stratosferik iş saatlarındadır.

Uşağa daha çox baxan tərəf ana olduğuna görə övlad sahibi olmaq karyeranı qurban vermək və ya iki ştatlı işləmək deməkdir və buna görə də qadınlar uşağa yox deyirlər.

4. Rusiyada Hamilə Qalma Günü var

A pair of female hands holding red crystal heartFotonun müəllifiGETTY IMAGES
Image captionƏldən buraxmayın

Rusiyanın bir regionu azalan əhali sayını artırmaq məqsədilə belə bir dahi yola əl atıb.

Moskvanın şərqində yerləşən Ulyanovskun qubernatoru sentyabrın 12-ni rəsmi olaraq Hamilə Qalma Günü elan edib. Həmin gün rəsmi iş günü sayılmır və məqsədli şəkildə gənclərin evdə qalıb uşaq yaratması üçün təyin edilib.

Həmin gündən sonraki doqquzuncu ayda uşağı doğulan cütlüklərə video kameralar, soyuducular və paltaryuyan maşınlar kimi hədiyyələr edilir.

5. Braziliyanın Mehinaku kəndində kişilər qadınları balıqla cəlb edir

A fishy present: transparent egg shaped fish tank, with a red fish inside, and a red bowFotonun müəllifiGETTY IMAGES
Image captionSözünü de… balıqla

Braziliyanın mərkəzində yerləşən Mehinaku adlı kiçik bir kənddə qadınlar özlərinə uyğun yar seçmək üçün münasib bir yol tapıblar.

Bir qızın sevgisi üçün yarışan kişilər, ona balıq hədiyyə etməlidirlər.

Və balığı böyük olan kişi qızın qəlbini qazanır.

6. Avstriyalı qadınlar aşiqlərinə qol altının qoxusunu verən alma təklif edirlər

A red apple with a heart shape carved outFotonun müəllifiGETTY IMAGES
Image captionSizin ürəyinizdən hansı zəhər keçir?

Avstriyanın ucqarlarında qadınlar ənənəvi olaraq qolları altında alma dilimləri ilə oynamaq tələb olunan rəqsə qoşulurlar.

Sonra isə bir otaqda seçdiyi kişiyə həmin tərli dilimi təqdim edirlər.

Əgər hisslər qarşılıqlıdırsa kişi meyvədən bir diş götürməlidir.

7. Kolumbiyada Guajiro tayfasının qadınları kişiləri ayaqlarına ilişərək seçir

Silhouette of man jumping in sunset skyFotonun müəllifiGETTY IMAGES
Image captionÖzünü gözlə. Və ya gözləmə.

Bu icmada rəqs edərkən təhərsiz olmaq işə yarayır.

Kolumbiyanın Guajiro tayfasının qadınları və kişiləri xüsusi mərasim rəqsində iştirak edirlər və əgər bir qadın kişinin ayağına ilişərək onu yıxa bilirsə, bundan sonra onlar cinsi əlaqədə olmalıdırlar.

Bu, kiməsə vurulmaq cümləsinə əlavə bir məna verir.

8.Danimarkalılar uşağı çox vaxt tətildə edirlər

Danish dad taking his baby for a bike rideFotonun müəllifiGETTY IMAGES
Image captionDanimarkada yay sevimli mövsümdür.

Səyahət şirkəti Spies Travel tərəfindən aparılan bir araşdırmaya görə, danimarkalıların 46 faizi tətildə daha çox sekslə məşğul olur.

Və danimarkalı körpələrin 10 faizi tətildə yaşanan cinsi əlaqə əsnasında ana bətninə düşür.

Mükafat kimi şirkət 2014-cü ildə körpəsinin tətildə yarandığını sübut edənləri uşağa lazım olan əşyalar və ailə tətili ilə təmin etmək təklifi irəli sürmüşdü.

9. Sekslə ən çox yunanlar məşğul olur

Statue of Eros at Londons's Piccadilly Circus.Fotonun müəllifiGETTY IMAGES
Image captionEros, qədim yunanların məhəbbət tanrısı.

Kondom istehsalçısı Durex-in 26 ölkə üzrə 16 yaşdan yuxarı 30 mindən çox insan arasında apardığı qlobal sorğuya əsasən, bu işin ölkəsi Yunanıstandır.

Sorğu əsnasında müəyyənləşib ki, Yunanıstanda hər il orta hesabla bir nəfər 164 dəfə sekslə məşğul olur.

Bəlkə bu havasından asılıdır, bəlkə də suyundan asılıdır, amma heç kim onları qınaya bilməz.

Burada irs də rol oynayır. Antik dövrdə yunanlar seksual baxımdan tolerant, açıq və təcrübələrə meylli olmaları ilə məşhur imişlər. (BBC)

Share: