Kapitan Etibar Muradov : “Qırmızı dənizdən dəniz quldurlarına qarşı  hec bir hərbi mühafizə olmadan…”

Müstəqil.Az saytının Dənizçilərə Sosial Dəstə İB ilə birgə layihəsi olan “Dənizçi həyatı” layihəsinin budəfəki qonağı  Səudiyyə Ərəbistanının ARAMCO Dövlət Neft Şirkətinin nəzdində  fəaliyyət göstərən şirkətlərinin birində liman kapitanı işləyən Etibar Muradovdur.

-Etibar bəy, necəsiz, uzaqlardan Vətənin ətri necə hiss olunur?

-Salamlar Faiq müəllim, müsahibə üçün çox gec vaxt tapmağıma görə  məni üzürlü bilin. Sozsuz ki , bu donanmanın işlərinə daha intensiv yanaşdığımız üçün baş verdi. Əlbəttə, sizinlə həmsöhbət olmaq, köhnə dostlar kimi ürəyimcə idi. O ki qaldı Vətənin ətrinə, bun heç özümüzdın kənar tutduqmu? Vətən, yeganə məhfumdur ki, onun üçün darıxırsan, yaddaşından getmir, ətrini, havasını, suyun tamını özündə saxlayırsan.

– Bir qədər özünüz haqda oxucularımıza məlumat verərdiz.

-1986 cı ilin sonunda XDNQD-də Kapitanın 3-cü kməkçisi kimi işə başlamışam. Ancaq 1987 – ci ilin 2 ci yarısında kapitanin 2-ci köməkçisi vəzifəsinə yüksəlmişəm. Kapitanın  3-cü köməkçisi olaraq cəmi 6 ay çalışmışam. Lakin 1988-ci ilin əvvıllırində XDNQD tərk etdim.Buna səbəb İlk dənizçilik təhsilimi əla qiymətlərlə, qırmızı diplomla bitirdiyimə görə məni daha yüksək təhsil almaq üçün Novorossiyki  Ali Dəniz Mühəndisləri inistitutuna imtahansiz qəbul olunmağım oldu.

1990 – cı ildə təhsilimi başa vurduqdan sonra yenidən XDNQD-yə  döndüm və dənizçilik karyeramı kapitanın 2-ci köməkçisi kimi davam etdirməyə başladım. Lakin elə həmin ildə “ Dmitriy Dudcenko “ gəmisinə imtahansız kapitanın bas köməkçisi vəzifəsinə təyin olundum. Beləliklə də dənizçilik həyatımın enişliyoxuşlu yolları başladı.

Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq, qısa da olsa karyean haqda məlumat əldə etdik, deyin bəsnecədir dənizçilik həyatı necədir,ürəyinizcə oldumu? Uzun illər bu həyatın yaşamını , dadını, tamını bilən adam kimi, nə deyə bilərsiz?

– Bəli dənizçilik həyatı ürəyimcədir. Bu mübaliğəsiz belədir. eli denizcilik heyati ureyimcedir. Yoxsa 26 il kapitan vəzifəsində calışmazdim. Axı, yeniyetmə yaşlarımdan bu sahəni sevib, seçib ardıyca düşmüşəm.

– Artıq neçə illərdir ki, Azərbaycandan kənarda işləyirsiz. Hansı ölkə də çalışırsız. Eşitdiyimə görə liman kapitanısız, bəlkə də düz eşitməmişəm.

-Düz esitmisiz.  Səudiyyə Ərəbistanının ARAMCO Dövlət Neft Şirkətinin nəzdində  fəaliyyət göstərən şirkətlərinin birində liman kapitanı kimi və əməliyyat menecerinin əvəzedicisi kimi əmək fəaliyyətimi davam etidirəm .

Oradan Xəzər dənizi , Xəzər dənizçisi necə görünür?

– Əlbəttə, Xəzər dənizimiz möhtəşəmdir. Sərvətləri, küləkli – küləksiz, dalğalı-dalğasız, sakit və təlatümlü havası ilə həmişə yaddaşımda, xatirəmdədir.  Kaş ki, bu möhtəmliyin, sərvətin müqabilində dənizcilərimizin aldığı qarşılığı da möhtşəm olaydı. Buradakına bənzər olaydı, axı Xəzər dənizi sərvətləri, Xəzər dənizçisi isə bacarığı, əziyyəti ilə buna layiqdir.

 – Dənizçi macəra dolu həyat yaşayır. Sizin dənizçi həyatınızda yaddan çıxmayan hadisələr çoxmu olub, macəra dolu anlarından oxucularımız üçün bəhs edə bilərsizmi?

– Əlbəttə maraqlı məqamlar Ərəb dənizdə uçan və isıqsaçan balıqları gecələr seyr etməyim olub . İkinci bir məqam Qırmızı dənizdən dəniz quldurlarına qarşı  hec bir hərbi mühafizə olmadan yenidən Ərəb körfəzinə dönüşüm olub . Coxda şişirtmək istəməzdim, amma risk həmişə yüksəkdir.

– Maddi durumu deməzdim, bu fərq onsuz da hər kəs tərəfindən bilinir, hazırda işlədiyin yerlə bizim tərəfləri daha nəylə müqayisə etmək olar?

– Əlbəttə, sırf yerli mütəxəsislərə daha yüksək dərəcədə hörmətin olması. Xarici mütəxəssislərin əsas vəzifələrdən uzaqlaşdırılıb, yerlilərin onların yerlərinə təyin olması. Bu, əlbəttə xarici mütəxəsislərin hüquqlarının, hardasa pozulması kimi başa düşülə bilər, lakin heç də pis deyil.

 – Son illər AXDG QSC-də uğurlu layihələrə imza atılır, yeni gəmilərin alınması, öz zavodlarımızın yeni gəmilər tikməsi və sair. Bu haqda məlumatlarınız varmı və kapitan olaraq daha nəyi görmək istərdiz?

-Əlbəttə təqdirə layiqdir. Alqışlayıram. Allah daha da bol etsin. Bilirsiniz, ölkəmiz ağır bir müharibədən çıxdı. İllərin qalaqlanmış torpaq itkisindən yaranan problemlərin həlli üçün uğurlu addımlar atıldı. Gəmiçilyimizin daha böyük uğurlara imza atmasını arzulayıram.

– Etibar bəy, dəniz haqda fikirləriniz, tövsiyyələriniz yerində, bəs siz dəniz sizə nə verdi, nələri qazandız?

-Dəniz bir sinaq məktəbidir. Bu məktəbi istənilən sıravi vətənda. Keçə bilmir . Bunun üçün dəmir iradə, möhkəm təməlli nəzəri baza olmalıdır. Sonra Dəniz istədiklərini sənə “Verəcək”. Qazancın da elə bu olacaq.

– Həyatınızın bir məqamı da 1990-cı illərin Yanvar hadisələrinə təsadüf edib. Bu haqda qısaca nə deyə bilərsiz?

1990 – ci ildə bir daha imperiya bizə milli mənsubiyyətimə görə hansı münasibət bəsləməsini açıq surətdə nümayiş etdirdi. Sözssüz ki, xatirimdən heç vaxt silinməz onların qansız simaları, bizə baxışları…

O ağrılı bir dövr idi və bizim dövlətin, xalqın tarixinin şərəfli səhifəsidir.
Yeri gəlmişkən, mən sizin təsis etdiyiniz və sədri olduğunuz Dənizçilərə Sosial Dəstək İctimai Birliyinə uğurlar arzu edirəm. Çox istərdim ki, daha çox sferalara təsiriniz olsun, təsir gücünüz artsın. Dənizçilər sizin birliyinizi öz birlikləri kimi qəbul etsin, və onların problemlərinin müsbət həll edilə biləcəyi yer kimi təşrif gətirsinlər. Müşahidələr göstərir ki, bu istiqamətdə işləriniz uğurlu davam etməkdədir.

-Etibar bəy,  müsahibəyə vaxt ayırdığınız üçün çox sağ olun .

-Təşəkkür edirəm, Faiq müəllim, çox sağ olun ki, dənizçilərimizin həyatından məqamları gündəmə gətirirsiz, onların arzu və istəklərini qələmə alırsız.

Söhbətləşdi: Faiq Balabəyli

 

Share: