Qida təhlükəsizliyi qlobal səviyyədə ictimai səhiyyə mövzusuna çevrilir

“Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını alır.

xəbər verir ki, bunu “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bunun, eyni zamanda, səhiyyə sistemini də mümkün təhdidlərdən qoruduğunu əlavə edib:

“Qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığından, tədricən bu sahə qlobal səviyyədə ictimai səhiyyə mövzusuna çevrilməkdədir”.

Nazir qeyd edib ki, son dövrlərdə dünyadakı iqtisadi və ekoloji dəyişikliklər qida patogenlərinin yenidən aktivləşməsinə səbəb olub.

“Tibb müəssisələrində təhlükəsiz qida məhsullarından istifadə xüsusilə mühüm əhəmiyyət daşıyır”, – o əlavə edib.

Teymur Musayev pasiyentlərin əksəriyyətinin mikrobioloji və qidalanma risklərinə sağlam insanlardan daha çox həssas olduqlarını bildirib:

“Bu baxımdan, qida ilə əlaqəli nəzarət tədbirlərinin düzgün şəkildə qurulması Səhiyyə Nazirliyinin diqqətlə yanaşdığı məsələdir. Qida təhlükəsizliyi sisteminin effektivliyi bütün maraqlı tərəflərin ehtiyaclarına yönəlik vahid missiyanın mövcudluğundan başlayır”.

Nazir bildirib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.

Share: