Qazlı içkidən imtina etdi, 27 kq arıqladı

“Post Malone” ləqəbi ilə tanınan amerikalı müğənni Ostin Riçard Post son zamanlar çox çəki itirməsinin səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı müğənni bu barədə “Joe Rogan Experience” podkastının yeni bölümündə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, şirin qazlı içkilərdən imtina edib və bunun sayəsində bir neçə aya 27 kiloqram çəki itirib. 

Qeyd edək ki, ilin əvvəlindən “Post Malone”nin xarici görünüşünün əhəmiyyətli dərəcədə dəyişməsi onun pərəstişkarlarında müxtəlif suallar doğurub.



Share: