Qazi dənizçi: -Mən öldürmək və qələbəmizə şahid olmaq üçün orduda idim


Qazi dənizçi Hüseynov Namiqi 10 ilə yaxındır tanıyıram. Atası Hacı Əzizxan ilə dostluq əlaqələrimiz var. İşlərimizin yetərincə oması tez-tez görüşməyimizə mane olsa da, zəngləşib hal-əhval tutmağımız mütəmadi olur. Oğlanları Namiq və Natiqin dənizçilik sahəsində təhsil almasında da mənimlə məsləhət edib. Dost olaraq məsləhətimi vermişəm, yaxşı seçimdir, demişəm.

Böyük qardaş Natiq hazırda Türkiyə şirkətlərinin birində çalışır. Haqqında bəhs edəcəyimiz Namiq isə 2016-cı ildən AXDG QSC XDND idarəsinin bir çox gəmilərində matros olaraq çalışıb. Hazırda “Əli Əmirov” gəmisinin matrosudur, elə müharibəyə də bu gəmidən yola düşmüşdü. Vətən müharibəsinin qəhrəmanlarından olan Namiq ordudan tərxis olunduqdan sonra ilk olaraq əlaqə yaratdığə yaxın bildiyi adamlardan biri də həmişə “əmi” deyərək müraciət etdiyi mən oldum.

Qəhrəmanımızla görüşüb söhbət etdim, maraqlı fikirlərinin şahidi oldum və  müsahibə götürəsi oldum. Müsahibəni təqdim etməzdən öncə haqqında qısaca məlumat verim.

O, 1990 cı ilin iyul 16-sında İsmayıllı rayonun Sulut kəndində anadan olub . 1996-cı ildə Bakı şəhər Binəqədi rayonundakı 283 saylı orta məktəbdə təhsil alıb .2006 ci ildə 248 saylı  gecə məktəbinə sənədlərini verir.  Təhsilini burda davam etdirir .

2008-ci ilin iyul ayının 17-si həqiqi  hərbi xidmətə çağrılır. Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edir . 2010 cı il yanvarın 2 si xidmətini başa çatdırır, ehtiyata buraxılır . Yarımçıq qalmış təhsilini davam etdirir və 2012-ci ildə məktəbi bitirir . 2013-cü ilin sentyabırın 15-i 6 saylı Bakı peşə liseyinə daxıl olur . 2014 cü ildə gəmidə növbə matrosu ixtisası üzrə təhsilini başa vurur . 2016- cı ilin fevralın 23 – ü Xəzər Dəniz Neft Donanmasına  matros vəzifəsinə işə götürülür.  Vətən müharibəsi başlayanda könüllü olaraq səfərbərlik idarəsinə gedir və şərəfli bir döyüş yolu keçir. Qəhrəmanımızla söhbətimiz də elə bu mövzuda oldu.
– Namiq, gənc ailə başçısısan, bir az yaşlı oğlun da var. Oğlundan sarı darıxmırdın ki?

-Mən 2019-cu ildə iyunun 25-də ailə həyatı qurmuşam. 2020-ci ilin iyul ayındın 4-də ata oldum. Oğlum Uğur dünyaya gəldi. Darıxmağa gəldikdə isə, bu hiss insanda həmişə olur. Darıxmamaq mümkün deyil. Amma bu hissdən daha üstün, vacib olan hiss, duyğu var, azad ölkənin, sərhədləri bütöv olan ölkənin vətəndaşı olmaq.

-Oğlunun adını Uğur qoymusan…

-Həmişə uğur qazanmaq haqda fikirləşmişəm. Səmimi deyirəm, öz adıma deyil, dövlətimin adına, xalqımın adına hər şeyin uğulu olmasını istəmişəm. Bir iş dalənca gedəndə, evdən çıxanda valideyinlərimin, doğmalarımın işin uğurlu olsun deməsi də bu sözün böyüklüyündən, lazımllığından xəbər verir. Daima dilimdə bu kəlmənin, sözün işlənməsini, əməlimizdə görünməsini istəmişəm.

– Namiq, dənizdə işləyirdin, müharibəyə getməyə bilərdinmi?

-Xeyir, Faiq əmi, getməyə bilməzdim. Mən o ruhda tərbiyə almışam ki, Vətənin dar günündə əlimə mütləq silah almalıydım. Ona görə də müharibə başlayan kimi səfərbərlik idarəsinə getdim, döyüşə hazır olduğumu dedim. Oktyabrın 5-də mən artıq düşməni məhv edən ordumuzun tərkibində idim. Mən milli ruhda böyüyüb, tərbiyə almışam. Sizin də bu haqda mənimlə söhbətiniz az olmayıb. Biz torpaqlarımızı mütləq azad etməliydik. Bizlərin əvəzinə kim vuruşacaqdı ki?
– Bu tezliklə Qələbə qazanacağımıza inardınmı?

– Qələbəyə əlbəttə inanırdım. Bu inam  müharibə başlamazdan çox qabaqlar məndə yaranmışdı.  Mən zaman haqda fikirləşmirdim. Eləcə də döyüşçü yoldaşlarım. Biz ancaq komandirlərimizin əmrini gözləyirdik. Kəndləri, təpələri, yurd yerlərini azad etdikcə, döyüşdən döyüşə adladıqca, bir az da böyüyürdüm, güclü və sərrast olurdum. Hər atdığım güllənin ardınca sanki baxışlarım, ürəyim uçurdu, hədəfə dəydikcə, düşmənin canını aldıqca canıma təpər, gözümə işıq, ürəyimə sevinc seli axırdı elə bil. Mən torpaq, Vətən uğrunda ölməyə, şəhid olmağa hazır idim. Amma mən ölmək, şəhid olmaq üçün döyüşə girmədim ki, mən öldürmək və qələbəmizə şahid olmaq üçün ordu sıralarına qəbul oldum.

Döyüş yolun haralarda keçdi?

-İlk döyüşüm Suqovuşandan başladı. Ağdam, Ağdərə istiqamətlərində vuruşdum. Döyüşdən yorulmadım. Düşmən təslim oldu. Dekabrın 27-də tərxis olundum, ehtiyata burqaxıldım. İndi yenidən doğma kollektivdəyəm.
Söhbətləşdi: Faiq Balabəyli

 

office 365 satın al

Share: