Qazaxıstanda qaz yatağında güclü yanğın

Qazaxıstanda “Janajol” qaz-kondensat yatağında güclü yanğın baş verib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yanıq xəsarətləri alıb.

Yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Yanğının söndürülməsinə 52 yanğınsöndürən və 9 texnika cəlb edilib.

Yanğının səbəbi açıqlanmayıb.


Share: