Qazaxıstanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandı

Qazaxıstanın ən böyük siyasi partiyası “Amanat” Məclis (parlamentin aşağı palatası) üçün keçirilən növbədənkənar seçkilərdə səslərin əksəriyyətini qazanıb.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov məlumat verib.

Qazaxıstan MSK-nın məlumatına görə, beş partiya Məclisə daxil olmaq üçün beş faizlik baryeri keçə bilib. Səslərin 53,9 faizini “Amanat” toplayıb. İkinci yeri 10,9 faizlə “Aul”, üçüncü yeri isə 8,41 faiz səslə “Ak Jol” partiyaları əldə ediblər.

Parlamentin aşağı palatasına həmçinin seçkilərdə 6,8 faiz səs yığan Qazaxıstan Xalq Partiyası, 6,59 faiz səs toplayan “Respublika” Partiyası və 5,2 faiz səs toplayan müxalif Ümummilli Sosial Demokrat Partiyası da daxil olub.

Seçicilərin 3,9%-i bütün partiya və namizədlərin əleyhinə səs veriblər.

Mənbə: TASS

Share: