Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qazaxıstanın Janatas şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb güclü küləyin elektrik xətlərini zədələməsi olub.

Nəticədə 20 elektrik ötürücü dirəyi yıxılıb. 21 mindən çox insanın yaşadığı şəhərdə külək zəiflədikdən sonra elektrik xətlərində təmir-bərpa işlərinə başlanacaq.

Bildirilib ki, sözügedən şəhərdə 30 m/s-ə çatan külək hələ də davam edir. 


Share: