Qazaxıstanda daşqınlar səbəbindən 63 mindən çox sakin təxliyə edilib

Qazaxıstan xilasediciləri daşqınlar fonunda bir neçə yaşayış məntəqəsindən 63 mindən çox sakini təxliyə ediblər.

xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin brifinqdə məlumat verib.

“Təbii fəlakətlə əlaqədar 3400-ə yaxın ev su altında qalıb. Hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində 13 328 nəfər var. Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub”,- Orazalin qeyd edib.

Bildirilib ki, daşqınlar səbəbindən ölkənin 10 rayonunda yerli fövqəladə vəziyyət elan edilib.

Share: