Qazaxda maşın aşdı, sürücü öldü

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Qazax şəhərinin girişində baş verib.

Hərəkətdə olan “VAZ” markalı avtomobilin idaretmədən çıxaraq aşması nəticəsində sürücü – 47 yaşlı Asif Məmmədov ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli


Share: