“Mossad”ın rəhbəri İranla razılaşmanı müzakirə etmək üçün ABŞ-a səfər edəcək

İsrailin kəşfiyyatı “Mossad”ın direktoru David Barnea bazar ertəsi İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası ilə bağlı riskləri müzakirə etmək üçün ABŞ-a səfər edəcək.

Bu barədə bazar günü yəhudi dövlətinin Nazirlər Kabinetinin həftəlik iclasında İsrailin baş naziri Yair Lapid bildirib.

O, vurğulayıb ki, İsrailin İranın nüvə proqramı ilə bağlı narahatlığı ABŞ administrasiyası tərəfindən nəzərə alınıb.

Lapid bəyn eidb ki, İsrail Vaşinqtonla xüsusi münasibətləri saxlamaqla və ikitərəfli münasibətlərdə böhrandan qaçmaqla, İranın nüvə proqramının bərpası riskləri ilə bağlı ABŞ-a təzyiq göstərməyə davam etmək niyyətindədir.

Mənbə: TASS

Share: