Qazaxda 80 yaşlı qadın özünü yandırıb

Qazaxda 80 yaşlı qadın özünü yandıraraq öldürüb.

APA xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1942-ci il təvəllüdlü Zeynəb Hüseynova yaşadığı evdə özünü yandıraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Share: