Qayınanasını öldürdü, arvadını isə… – Bakıda DƏHŞƏT

Avqustun 29-da Bakının Nərimanov rayonunda qətl törədilib.

Hüquq-mühafizə orqanlarından “Sputnik-Azərbaycan”a bildiriblər ki, cinayətin qurbanı Ermənistanda doğulan 45 yaşlı Fəhmidə İsgəndərova olub.

Hadisə Nərimanov rayonunun 17-ci Polis Bölməsinin ərazisindəki Yarəliyev küçəsində yerləşən evdə baş verib. İlkin araşdırma zamanı müəyyən olunub ki, F. İsgəndərova qızı və kürəkəni Cəsarət İsgəndərov arasında yaranan ailə münaqişəsi zamanı öldürülüb.

Dönər satıcısı işləyən kişi evə sərxoş halda qayıdıb. O, münaqişə zamanı bıçaqla həyat yoldaşına hücum edib və ona zərbə vurub. Sonra isə qızını müdafiə etməyə çalışan F. İsgəndərovanı öldürüb.

Öldürülən qadının qızı 5 nömrəli Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.

C. İsgəndərov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətl və ağır bədən xəsarəti yetirmə faktları ilə bağlı cinayət işi qaldırılıb.

Share: