İlham Əliyev 3 sərəncam, 7 fərman imzaladı

18:10

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Müstəqil.Az sərəncamın mətnini təqdim edir:

“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006, № 9, maddə 743; 2014, № 9, maddə 1027; 2015, № 3, maddə 286; 2016, № 7, maddə 1282; 2017, № 8, maddə 1521) 3-cü hissəsi ilə yaradılmış Milli Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiya sədrinin müavinləri

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri

Azərbaycan Kitab Cəmiyyətinin sədri”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

“Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №3, maddə 509) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Vəliyeva Məhəbbət Məhərrəm qızı – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Vəliyev Seymur Aydın oğlu – “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri

Ağabəyli Murad Asif oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunub:

1. Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında 2018-ci il iyunun 29-da Brüssel şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunub:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 135 nömrəli, 25 iyun tarixli 144 nömrəli, 6 iyul tarixli 179 nömrəli, 10 iyul tarixli 191 nömrəli, 16 iyul tarixli 208 nömrəli fərmanları) 5.57-ci bəndinə “Fövqəladə Hallar Nazirliyi” sözlərindən sonra “, icbari tibbi sığortaya münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub:

1. İki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (21 km)–Birinci Alıcanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunub:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429; № 5, maddələr 915, 927; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 iyul tarixli 195 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 18-ci hissə əlavə edilsin:

“18. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adından:

18.0. Məcəllənin 469.1-ci (icbari tibbi sığortaya münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri, sədrin müavinləri, İdarə Heyətinin üzvləri, departament, idarə, xidmət, filial və nümayəndəliklərinin rəhbərləri, şöbə müdirləri, koordinatorlar, baş məsləhətçilər”.

***

Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanını “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1064-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 20; 2003, № 10, maddə 585; 2008, № 8, maddə 716; 2016, № 6, maddə 1060; 2018, № 2, maddə 212) 2-ci hissəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

“həmin Qanunun 12-ci maddəsinin ikinci hissəsində “qurum” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 6 dekabr tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 595) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Nizamnaməsi”nin 5.3-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci abzasın ikinci cümləsindən “Azərbaycan Respublikasının Baş nazirinin müavini,” sözləri çıxarılsın.

2. Səkkizinci abzasda “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları Forumu” sözləri “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” sözləri ilə əvəz edilsin.

3. Doqquzuncu abzasda “özəl iş adamı” sözləri “sahibkar” sözü ilə əvəz edilsin.

4. Üçüncü-doqquzuncu abzaslar müvafiq olaraq dördüncü-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 421) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin adı aşağıdakı redaksiyada verilsin:

“2. Fondun fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri”;

1.2. aşağıdakı məzmunda 3.1.1-1-ci, 3.1.1-2-ci və 3.1.3-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.1-1. gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.1.1-2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən olunmuş hallarda normativ xarakterli akt qəbul edir;”;

“3.1.3-1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda göstərilmiş qurumların gənclər siyasəti sahəsində Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına verdiyi qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuları Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə qiymətləndirir və bu qrantlara dair rəy verir;”;

1.3. 3.1.6-cı və 3.1.9-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.6. Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələrin Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Fondun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydası”na uyğun olaraq ekspertizadan keçirilməsini və monitorinqini təşkil edir;”;

“3.1.9. sosial müdafiəyə xüsusi ehtiyacı olub təhsil alan gənclərə təhsil müddətində təhsil xərclərinin (təhsil haqqı, yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi), gündəlik yemək xərcləri, zəruri tədris vəsaitləri və ləvazimatı ilə təminat xərcləri və nəqliyyat xərcləri (yaşadığı ünvandan tədris müəssisəsinin yerləşdiyi ünvana gediş-gəliş xərci, habelə təhsil müəssisəsi onun daimi yaşadığı şəhərdən (rayondan) kənarda yerləşdikdə, ildə 2 (iki) dəfə həmin şəhərə (rayona) gediş-gəliş xərci) ödənilməsi üçün Fondun vəsaiti hesabına, bu Nizamnaməyə uyğun olaraq maliyyə dəstəyi göstərir;”;

1.4. aşağıdakı məzmunda 3.1.9-1-ci, 3.1.17-1-ci və 3.1.24-1-ci yarımbəndlər əlavə edilsin:

“3.1.9-1. gənclərin və gənclər təşkilatlarının beynəlxalq tədbirlərdə iştirakını maliyyələşdirir;”;

“3.1.17-1. Fondun əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görür;”;

“3.1.24-1. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir;”;

1.5. 3.1.10-cu bənddə “təhsil prosesini” sözləri “təhsilini” sözü ilə əvəz edilsin;

1.6. 3.1.15-ci bəndə “istedadlı” sözündən əvvəl “fəaliyyət istiqamətlərinə uyğun olaraq,” sözləri əlavə edilsin;

1.7. 3.1.17-ci yarımbənddə “istedadlı gənclərin” sözlərindən əvvəl “peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir,” sözləri əlavə edilsin;

1.8. 3.1.34-cü yarımbənddə “baxır” sözü “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür” sözləri ilə əvəz edilsin;

1.9. 3.2.1-ci yarımbəndə “beynəlxalq təşkilatlarla” sözlərindən əvvəl “beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə” sözləri əlavə edilsin;

1.10. aşağıdakı məzmunda 3.2.1-1-ci, 3.2.7-1–3.2.7-3-cü yarımbəndlər əlavə edilsin:

“3.2.1-1. gənclər siyasəti sahəsində normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif verir;”;

“3.2.7-1. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər verir, təhlillər və ümumiləşdirmələr aparır, analitik materiallar hazırlayır;

3.2.7-2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirir və digər tədbirlər təşkil edir;

3.2.7-3. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim edir, onların həvəsləndirilməsi üçün tədbirlər görür;”;

1.11. 4.7.1-ci yarımbəndə “inkişaf istiqamətləri” sözlərindən sonra “, strateji məqsəd və planlarını” sözləri əlavə edilsin;

1.12. aşağıdakı məzmunda 4.7.1-1-ci, 4.7.1-2-ci və 4.7.4-1-ci–4.7.4-3-cü yarımbəndlər əlavə edilsin:

“4.7.1-1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir və sənədlər (o cümlədən Qurumun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

4.7.1-2. Fondun fəaliyyətinə nəzarət edir;”;

“4.7.4-1. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

4.7.4-2. qrant müsabiqələrini elan edir və müsabiqənin nəticələrinə görə qalib elan edilmiş gənclərin və gənclər təşkilatlarının proqram və layihələrini müəyyən edir, habelə müsabiqənin nəticələri barədə məlumatları dərc edir;

4.7.4-3. bu Nizamnaməyə uyğun olaraq, layihələrin qrant müsabiqəsindən kənar maliyyələşdirilməsi üçün Fondun ayıracağı vəsaitin həcmini müəyyən edir;”;

1.13. 4.7.5-ci yarımbənddə “və işçilərinin say həddini” sözləri “işçilərinin say həddini və əməkhaqlarını” sözləri ilə əvəz edilsin və həmin bəndə “təsdiq edir” sözlərindən sonra “, Fondun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirir” sözləri əlavə edilsin;

1.14. 4.7.6-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.7.6. təsisçinin razılığı ilə Fondun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul edir;”;

1.15. aşağıdakı məzmunda 4.7.6-1-ci–4.7.6-4-cü yarımbəndlər əlavə edilsin:

“4.7.6-1. normativ xarakterli aktları təsdiq edir;

4.7.6-2. maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;

4.7.6-3. İcraçı direktorun fəaliyyətinə nəzarət edir və onun fəaliyyətini yoxlayır;

4.7.6-4. təsisçinin razılığı ilə Fondun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;”;

1.16. 4.7.7-ci yarımbəndə “daxili qaydaları” sözlərindən sonra “(o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını)” sözləri, “əsasnamələrini” sözündən sonra “, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini” sözləri əlavə edilsin;

1.17. 4.7.7-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.7.8-ci yarımbənd əlavə edilsin:

“4.7.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçir.”;

1.18. 4.8-ci bənd üzrə:

1.18.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Şuranın sədri bu Nizamnamə ilə müəyyən olunmuş müddətdə Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir.”;

1.18.2. ikinci cümləyə “direktor” sözündən əvvəl “İcraçı” sözü əlavə edilsin;

1.18.3. üçüncü cümlədə “azı üçdə ikisi” sözləri “hamısı” sözü ilə əvəz edilsin və həmin cümləyə “səlahiyyətlidir” sözündən sonra “(bu Nizamnamənin 4.9-3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla)” sözləri əlavə edilsin;

1.18.4. dördüncü cümləyə “sadə səs çoxluğu” sözlərindən əvvəl “açıq səsvermə yolu ilə” sözləri əlavə edilsin;

1.18.5. aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:

“Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.”;

1.19. aşağıdakı məzmunda 4.9-1-ci–4.9-4-cü yarımbəndlər əlavə edilsin:

“4.9-1. Şuranın üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9-2. Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.

4.9-3. iclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.9-4. gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla qərar qəbul edilə bilməz.”;

1.20. 4.10.3-cü yarımbəndə “direktorun” sözündən əvvəl “İcraçı” sözü əlavə edilsin;

1.21. 4.12-ci bəndə “yol verməməlidirlər” sözlərindən sonra “, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər” sözləri əlavə edilsin;

1.22. aşağıdakı məzmunda 4.15.1-1-ci yarımbənd əlavə edilsin:

“4.15.1-1. fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;”;

1.23. 4.15.2-ci yarımbənd ləğv edilsin;

1.24. 4.15.3-cü, 4.15.5-ci, 4.15.6-cı və 4.15.10-cu yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.15.3. Şuranın qərarlarını icra edir;”;

“4.15.5. Fondun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.15.6. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;”;

“4.15.10. Bu Nizamnamənin 3.1.1-1-ci və 3.2.1-1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;”;

1.25. 4.15.9-cu yarımbənddə “3.1.34-cü” sözləri “3.1.12-ci” sözləri ilə əvəz edilsin;

1.26. 4.5.14-cü bəndə “icrası məcburi olan” sözlərindən əvvəl “fəaliyyətinin təşkili ilə əlaqədar” sözləri əlavə edilsin;

1.27. 4.5.16-cı yarımbəndə “Fondun” sözündən əvvəl “Bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla,” sözləri əlavə edilsin və həmin yarımbənddə “işçilərinin, həmçinin təsərrüfat cəmiyyətlərinin rəhbərlərinin” sözləri “, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Fərmanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydanın layihəsində, o cümlədən qurumun, habelə zəruri hesab edildiyi halda qurumun tabe olduğu dövlət orqanının əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün yuxarıda qeyd edilən vəsaitin istifadə olunacaq hissəsi (faiz göstərilməklə) müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 75; 2008, № 1, maddə 8; 2015, № 11, maddə 1321; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 174 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə”nin 16-cı hissəsi aşağıdakı redaksiyada verilsin:

“16. İdarə Qoruğun ərazisində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, ölçülərindən asılı olmayaraq, reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlarda konstruktiv dəyişikliklər edilməsinə, onların istismarına və “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamın yerləşdirilməsinə icazə verir”.

Müstəqil.Az

Share: