Qaxda 32 yaşlı kişini avtomobil vurub

Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Tasmalı kəndində baş verib.

1991-ci il təvəllüdlü İsa Cahangir oğlu Məmmədov minik avtomobili tərəfindən vurulub.

Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alan İ.Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Share: