Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayış baş verib, 15 nəfər yaralanıb – VİDEO

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.

xəbər verir ki, bu barədə Kerman fövqəladə hallar rəisi bildirib.

Kerman valiliyinin rəsmisi isə qeyd edib ki, hadisənin qaz partlayışı, yoxsa terror aktı olması hələ məlum deyil.

Qeyd edək ki, bu gün Kerman şəhərində SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dördüncü ildönümündə dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib.

***

15:53

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib.

İran mediasına istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, insanlar bu gün Süleymaninin ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün toplaşıblar.

“Tasnim”in məlumatına görə, isə hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları gəlib.

Share: