Qardaş Azərbaycanla təhlükəsizlik, iqtisadi, enerji və digər sahələrdə əlaqələri gücləndirmək üçün çalışırıq

Qardaş Azərbaycanla imzalanan Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində başda təhlükəsizlik olmaqla, iqtisadi, loqistik, enerji və digər sahələrdə əlaqələri gücləndirmək və dərinləşdirmək üçün çalışırıq.

“-Economics” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

“Birliyimizə və qardaşlığımıza möhkəm sahib çıxdığımız zaman Azərbaycanla Türkiyənin həll edə bilməyəcəyi hər hansı problem yoxdur”, – Bağcı qeyd edib.

Səfir əlavə bildirib ki, yeni dövrdə strateji əlaqələrimizi inkişaf etdirmək, iqtisadi və ticari əlaqələrimizi gücləndirmək, enerji təhlükəsizliyimizi təmin etmək, qitələrlə əlaqələrimizi yaxşılaşdırmaq prioritetlərimizdir.

Share: