Qaradağda şəhid ailələri ziyarət olundu — Fotolar

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri şəhid Ataməli Seyidməmməd oğlu Musaoğlunun, Səməndər Vahid oğlu İsmayılzadənini, şəhid Saməddin Mehman oğlu Fərziyevin ailələrini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə 8 Noyabr – Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilib, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunub. 


Share: