Qaradağda iməclik keçirildi — Fotolar

Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumrayon iməciliyi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlar, o cümlədən Qaz Emalı Zavodu, BOS SHELF LLC, “ASK ŞÜŞƏ” MMC, Bakı Gəmiqayırma Zavodu, “Bakı şəhər işıqları” idarəsi, Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Qaradağ Rayon Enerji Təchizatı və Satışı İdarəsi, Qaradağ Rayon Sukanal İdarəsi, rayonun  səhiyyə, təhsil, mədəniyyət, məktəbəqədər təhsil müəssisələri, qəsəbə bələdiyyələri və rayon gəncləri iməciliyə qoşulublar. 

Rayonda  iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar yuyulub, ağaclar və yaşıllıq zolaqlarına mövsümü qulluq göstərilib, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görülüb.


Share: